media-img_3371

Sumqayıtda avtosalon əməkdaşlarının avtoxuliqanlıq hərəkətləri narazılıq doğurub

Patrulaz.az xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən “CARS 041” avtosalonunun bəzi əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri ilə gündəmə gəliblər.

İddialara görə, avtosalona məxsus avtomobillərlə şəhər ərazisində təhlükəli manevrlər edən şəxslər ictimai asayişi pozmaqla yanaşı, digər nəqliyyat iştirakçılarının və sakinlərin narahatlığına səbəb olublar.

Ərazi sakinlərinin sözlərinə görə, bu cür hərəkətlər xüsusilə axşam saatlarında daha da intensivləşir və onların gündəlik həyatına mənfi təsir göstərir. Sakinlər bu cür qanunsuzluğa qarşı ciddi tədbir görülməsini xahiş edirlər.

 


Bənzər xəbərlər