media-29fdfb21-c493-45d8-b18d-86d87e1d3e1a

Sumqayıtda fəaliyyət göstərən “Gəmi Qaya” restoranında müştərilərə təqdim olunan yeməyin içindən həşərat çıxıb.

Patrulaz.az-ın məlumatına görə, “Gəmi Qaya” restoranın daimi müştəriləri bu dəfə xidmətdən ciddi narazılıq ediblər.
Belə ki, adlarının açıqlanmasını istəməyən şəxslər restoranda pomidor-yumurta sifariş ediblər, lakin yeməyin içindən qırmızı rəngli böcək çıxıb.

Yeməyin mövcud vəziyyətindən narazı qalan müştəri Patrulaz.az-a açıqlamasında bildirib:

“Yeməkləri yeyərkən ehtiyatlı olun. Əgər bu yeməkdən böcək çıxırsa, digərlərində nələr ola biləcəyini təsəvvür etmək belə çətindir”.

Müştərinin sözlərinə görə, onlar həmin axşam “Gəmi Qaya” restoranında təqdim olunan xidmətə ümumilikdə 330 manat ödəyiblər.

Qeyd edək ki, hazırda restoran tərəfindən hadisəyə münasibət bildirilməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər