Süni intelleklə dirilən məktəbli müsahibə verdi - VİDEO
ABŞ-də valdeyn 2018-ci ildə məktədə baş verən atışma zamanı ölən oğlunun xatirəsini yaşatmaq üçün süni intellekt (AI) vasitəsilə avatarının yaradılmasına nail olub.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist Jim Acost virtual olaraq canlandırılan mərhum məktəbli AI Joaquin Oliverlə düşüncələrini və hisslərini ictimaiyyətə çatdırmaq məqsədilə müsahibə aparıb.
Silah zorakılığının qurbanı olan Oliver müsahibə zamanı bundan qorunmanın yolları ilə bağlı şokedici fikirlərini bölüşüb:
“Daha güclü silah nəzarəti qanunları, psixi sağlamlıq dəstəyi və ictimaiyyətin cəlb olunması vacibdir. Bu yolla hamı üçün daha təhlükəsiz gələcək yarada bilərik”,-deyə Oliver qeyd edib.
Onun bu sözlər həm ictimaiyyətə çağırış, həm də şəxsi kədər və itki üzərində düşüncənin ifadəsi olub.
Oliver, həmçinin hobbilərini və maraqlarını açıqlayaraq, sevimli basketbol komandası olaraq “Miami Heati” göstərib və sevdiyi film seriyası kimi “Ulduz Döyüşləri”ni qeyd edib. Onun özü haqqında dedikləri şəxsiyyətini virtual da olsa, xatırlatmaq məqsədini özündə göstərib.
Müsahibə bitdikdən sonra jurnalist Jim həm Oliver, həm də onun atası Manuel ilə danışaraq, bu virtual avatarın yaradılmasının məqsədini aydınlaşdırıb.
Mərhum məktəblinin atası isə oğlunun virtual da olsa, yenidən canlandırılması ilə bağlı öz hislərini bölüşüb:
“Mən də başa düşürəm ki, bu süni intellektdir. İstəmərəm ki, kimsə mənim oğlumu geri qaytarmağa çalışdığımı düşünsün”- deyən atanın sözləri həm itkini, həm də xatirəyə hörməti əks etdirib.
Xatırladaq ki, Joaquin Oliver 2018-ci ildə Parkland məktəbində baş verən silahlı atışma zamanı faciəvi şəkildə ölüb. Valideynləri Manuel və Patrisiya onun xatirəsini yaşatmaq və silah zorakılığı mövzusuna diqqət çəkmək məqsədilə süni intellektlə avatarını yaradıb.
Bu virtual müsahibə həm kədəri, həm də xatirəni bir araya gətirən emosional bir platforma olaraq diqqət çəkib.






