media-inshot_20250822_165232401

Motor neyron xəstəliyi səbəbindən danışmaq qabiliyyətini itirən britaniyalı Sara Ezekiel adlı qadın illər sonra süni intellekt texnologiyası sayəsində yenidən öz səsi ilə danışa bilib.

Patrulaz.az xəbər verir ki, Böyük Britaniyanın Smartbox Assistive Technology şirkəti qadının köhnə videosundan cəmi 8 saniyəlik zəif səs parçasını əldə edərək, Nyu-Yorkda fəaliyyət göstərən ElevenLabs mütəxəssislərinin hazırladığı alqoritmlə həmin parçanı emal edib. Bunun nəticəsində qadının təbii ləhcə və intonasiyası bərpa olunub.

İllərdən sonra süni intellektin köməyi ilə öz səs tonu ilə danışa bilən Sara Ezekiel bu anı belə təsvir edib:

“Bu, sanki illərdən sonra öz səsimlə yenidən danışmaq idi”.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə danışma qabiliyyətini itirən xəstələrin yalnız ünsiyyətini deyil, həm də şəxsi kimliklərini qorumağa imkan verəcək.

media-722926 media-sarahezekiel

media-p0lxtv9x

Gülbəniz Səfərova


Bənzər xəbərlər