Süni intellekt ölümcül bakteriyalara qarşı yeni antibiotik yaratdı
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri süni intellektin dərmana davamlı gonoreya və MRSA bakteriyalarını öldürə biləcək iki yeni antibiotik yaratdıqlarını açıqlayıblar.
Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, yeni dərmanlar süni intellekt tərəfindən atom səviyyəsində hazırlanıb və laboratoriya, eləcə də heyvan üzərində aparılan sınaqlarda effektiv nəticə göstərib. Lakin mütəxəssislər bildirir ki, bu birləşmələrin istifadəyə verilməsi üçün hələ bir neçə il təkmilləşdirmə və klinik sınaqlara ehtiyac var.
Mütəxəssislər bu uğurun antibiotik kəşfində “ikinci qızıl əsr” başlada biləcəyini vurğulayırlar.
Hazırda dərmanlara davamlı infeksiyalar hər il dünyada 1 milyondan çox insanın ölümünə səbəb olur.
Mütəxəssislər qeyd edir ki, antibiotiklərin həddindən artıq istifadəsi bakteriyaların təkamül edərək dərman təsirindən yayınmasına gətirib çıxarıb və uzun müddətdir yeni antibiotik çatışmazlığı yaşanır. Lakin indi süni intellektin köməyi ilə yaradılmış dərmanlar bakteriyaları öldürəcək.
Qeyd edək ki, əvvəllər də tədqiqatçılar süni intellekt vasitəsilə minlərlə kimyəvi maddəni analiz edərək, onların yeni antibiotik potensialını müəyyənləşdirməyə çalışıblar.
Gülbəniz Səfərova






