media-inshot_20260119_100827153

ABŞ-də qeyri-adi etiraz aksiyası baş verib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Alyaska ştatında, Alyaska Ferbenks Universitetinin (UAF) kampusunda qeydə alınıb.

Universitetin sənət qalereyasında Qrem Qreyncer adlı tələbə süni intellekt tərəfindən yaradılmış sənət əsərini etiraz məqsədilə cıraraq yeyib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılaraq ictimaiyyətdə təəccübə səbəb olub.

Şahidlərin bildirdiyinə görə, tələbə bu hərəkəti əvvəlcədən planlaşdırılmış etiraz aksiyası çərçivəsində həyata keçirib.

Hadisədən sonra saxlanılan Qreyncer sorğu zamanı bildirib ki, bu addımı ilə süni intellekt tərəfindən istehsal olunan sənət əsərlərinə qarşı etirazını ifadə etmək istəyib. Onun sözlərinə görə, süni intellektin sənət sahəsində artan rolu ənənəvi yaradıcılığa zərər vurur.

Tələbə “əmlaka qəsdən ziyan vurma” maddəsi ilə ittiham olunaraq həbsxanaya aparılıb. Zərərin maddi dəyəri böyük olmasa da, hərəkətin qəsdən törədilməsi səbəbindən məhkəmə prosesi başladılıb.

Rəsmi qurumlar bildiriblər ki, onu 5000 ABŞ dollarına qədər cərimə və minimum 30 gün həbs cəzası gözləyə bilər. Tələbənin yaxın günlərdə məhkəmə qarşısına çıxacağı gözlənilir.

media-nick-dwyer-with-his-work
Əsərlərin yeyilməmişdən əvvəllki görünüşü

media-inshot_20260119_100827153 media-img_6359

Gülbəniz Səfərova


Bənzər xəbərlər