Süni intellektin yaratdığı video milyonlarla insanı aldatdı - VİDEO
Sosial şəbəkələrdə yayılan bir video süni intellektin aldatma gücünü bir daha nümayiş etdirib.
Patrulaz.az xəbər verir ki, TikTok-da 219 milyon baxış toplayan görüntülərin saxta olduğu məlum olub. İlk baxışdan real görünən video, əslində süni intellekt tərəfindən yaradılıb.
Videoya diqqətlə baxıldıqda arxa planda olan heyvanlardan birinin qəfil yoxa çıxması izləyiciləri şübhələndirib. Bu da görüntülərin AI vasitəsilə yaradıldığını sübut edib.
Əvvəlcə orijinallığına inanan minlərlə insan gecə çəkilişi effekti və bulanıq görüntülər səbəbindən görüntülərin gerçək olduğunu düşünərək aldadıldıqlarını etiraf ediblər. Bəzi istifadəçilər hətta bu videoya inanmaqlarını “AI zibilinə inanan nənələr” kimi ifadə ediblər.
Maraq doğuran digər məqam isə videonu paylaşan şəxsin profilidir. Onun hesabında yalnız bir neçə paylaşım – quşla dovşanın evə gizlicə girməsini əks etdirən digər süni intellektin yaratdığı videolar yer alır.
Mütəxəssislər Aİ-nin getdikcə gücünün artdığını bildirərək, sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.






