Suraxanıda bir neçə sakinin su sayğacını oğurlayan şəxs saxlanıldı - VİDEO
Xəbər verdiyimiz kimi, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, bina 7 ünvanında bir neçə sakinə məxsus su sayğacları oğurlanıb.
Məsələ barəsində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Patrulaz.az-a bildirib ki, əməli törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Rauf Hümbətov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, hadisə ərazidə yenidən planlaşdırma işlərinin aparıldığı bir vaxtda baş verib.
Belə ki, ərazidəki bir çox sakinlər yeni tikiləcək binalardan mənzil veriləcəyi şərti ilə evlərini tərk etməyə razılaşıdığı halda, 9 ev sahibi pul kompensasiyası tələb edərək razılaşmadan imtina edib.
Məlumat olaraq bildirək ki, oğurlanmış sayğaclar “Azərsu” əməkdaşları tərəfindən yeniləri ilə əvəzlənib.
Faktla bağlı araşdırmalar aparılır.
Gülbəniz Səfərova






