media-img_3235

Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilmiş binaların qarşısında əlillər üçün ayrılmış parklanma yerləri digər sürücülər tərəfindən qanunsuz şəkildə zəbt edilib.

Patrulaz.az-a daxil olan görüntülərdə, 99-MA-363 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin əlil nişanı ilə işarələnmiş yerdə park edildiyi əks olunub.

Məsələ ilə bağlı Patrulaz.az-a şikayətini bildirən sakinlərdən biri bildirir ki, bu hal binaların ətrafında geniş yayılıb və xüsusilə gecə saatlarında əlillər ciddi çətinliklə üzləşirlər:

“Bütün binaların qarşısında eyni vəziyyət müşahidə olunur Xüsusilə, gecə saatlarında evlərinə gələn əlillər onlara məxsus avtomobilləri rahatlıqla saxlaya bilmirlər”.

O, əlillərin hərəkət azadlığının təmin olunması üçün məsul orqanlardan dərhal tədbir görülməsini xahiş edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər