media-inshot_20260422_155026765

“Sürücülərin nəzərinə! Muğanlı-İsmayıllı-Qəbələ yolunun 0-8-ci km hissəsində təmir işləri aparılacaq”.

Bu barədə Patrul.az-a AAYDA-dan məlumat verilib.

Bildirilib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8-ci km hissəsində 24 aprel 2026-cı il saat 07:00-dan 30 aprel 2026-cı il saat 24:00-dək təmir işləri aparılacaq.

Təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək.

Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq.

“Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən planlama aparsınlar və alternativ yollardan istifadə etsinlər”, – deyə vurğulanıb.


Bənzər xəbərlər