media-inshot_20250805_181200789

Ağdamda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs olunub.

Patrulaz.az “Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı istifadəsi qadağan olunan xüsusi sayrışan işıq cihazları ilə təchiz olunan “VAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücü – rayon sakini İlhami Nəsibovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi müəyyən edilib. Həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq məsuliyyətdən yayınmağa çalışıb. O, saxlanılaraq şöbəyə gətirilib, avtomobil müvəqqəti duracağa yerləşdirilib.

İ.Nəsibov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

İ.Nəsibovun özünü bölgədə jurnalist kimi təqdim etdiyi bildirilir.

Məlumatı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan təsdiqləyiblər.

media-934ccd53-b592-4734-b251-f47d2bf5f981 media-ziyyyyyy


Bənzər xəbərlər