Şuşa polisi qanvermə aksiyasında könüllü iştirak etdi - FOTOLAR
Şuşa şəhərində humanitar dəyərlərin təşviqi məqsədilə keçirilən qanvermə aksiyasında şəhər polis əməkdaşları da fəal şəkildə iştirak ediblər.
Patrulaz.az xəbər verir ki, aksiya çərçivəsində onlar könüllü olaraq qan verərək, ehtiyacı olan insanların həyatına ümid işığı olublar.
Müxtəlif sahələrdə nümunəvi fəaliyyəti ilə seçilən Daxili İşlər Nazirliyinin əməkdaşları bu dəfə də sosial məsuliyyət nümunəsi göstəriblər. Şuşa şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən könüllü şəkildə qan verilməsi aksiyası çərçivəsində onlarla polis əməkdaşı qan donoruna çevrilib. Aksiyada məqsəd – talassemiya, hemofiliya, onkoloji və digər xəstəliklərdən əziyyət çəkən insanlara dəstək olmaq və vətəndaş həmrəyliyini gücləndirmək olub.
Qanvermə aksiyası ərazidə yerləşən tibb müəssisələrinin dəstəyi ilə həyata keçirilib və bu təşəbbüs bir daha sübut etdi ki, polis əməkdaşları təkcə təhlükəsizliyin deyil, həm də humanizmin daşıyıcılarıdır.