media-fd0fa2b3-e8e8-428b-8e23-0d2b8979bffc

Türkiyədə Musa adlı taksi sürücüsü ciddi bir vicdan sınağı ilə qarşılaşıb. Belə ki, iki turist onun avtomobilində qara çanta unudub və sürücü çantanın içində 18.300 avro (təxminən 75 min şekel) nağd pul tapıb.

Patrulaz.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Danimarkadan olan turist cütlük İstanbula istirahətə gəlib. Onlar otellərinin yerləşdiyi Türkler bölgəsindən taksiyə minib və şəhərin ən canlı bölgələrindən biri olan Alanyanın mərkəzinə yollanıblar. Hadisə gecə saatlarında baş verib. Turistlər yalnız ertəsi gün səhər çantalarının yoxa çıxdığını başa düşüblər.

Onlar dərhal otelin qeydiyyat şöbəsinə müraciət ediblər. Otel əməkdaşları ehtimal ediblər ki, çanta taksidə qalıb və dərhal şəhərin əsas taksi parkı ilə əlaqə saxlayıblar. Araşdırmalardan sonra məlum olub ki, turistləri daşıyan sürücü Musa imiş.

Turistlər onunla birbaşa əlaqə saxlayıblar. Musa avtomobili axtardıqdan sonra çantanı baqajın döşəməsində tapıb. O, pulları özü götürməmək və tapıntını sahibinə qaytarmaq qərarı verib.

“Düşündüm ki, bu pul mənim üçün Allahın göndərdiyi bir sınaqdır”, – deyə Musa etiraf edib. Onun sözlərinə görə, turistlər ona 67 avro məbləğində bəxşiş təklif ediblər. Lakin o, imtina edib və xatırladıb ki, sərnişinlər yol haqları üçün endirim istəmişdilər və bəxşiş verməyi düşünmürdülər.

“Mən uşaqlarımın gözünün içinə rahat baxa bilmək istəyirəm”, – deyə sürücü əlavə edib. “Çantanı sahibinə qaytardığım üçün çox xoşbəxtəm. Vicdanım rahatdır və özümlə fəxr edirəm”, – deyə sözlərini tamamlayıb.

Ləman Sərraf


Bənzər xəbərlər