media-inshot_20250725_115104805

Kosmosa çıxmaq insanlığın ən böyük uğurlarından biridir. Amma bu uğur bədənimiz üçün heç də “rahat səyahət” demək deyil. Kosmonavtlar Yer kürəsindən uzaqlaşdıqda bədənlərində ciddi fizioloji və nevroloji dəyişikliklər baş verir. Bu dəyişikliklərin cəmi elmi ədəbiyyatda “Kosmos adaptasiya sindromu” (Space Adaptation Syndrome – SAS), yəni “kosmonavt xəstəliyi” kimi tanınır.

Bəs bu xəstəliyin əlamətləri nələrdir? Patrulaz.az bu xəstəliyin ortaya çıxma səbəblərini araşdırıb.

Əsas simptomlar: Bulantı, başgicəllənmə, orientasiya itkisi

Kosmosa çıxanların 60-80%-i ilk günlərdə bu xəstəliyin simptomlarını yaşayır:

media-inshot_20250725_114054999

– Şiddətli ürək bulanması

– Başgicəllənmə və dezorientasiya

– Görmə pozuntuları

– Sürətli ürək döyüntüləri

– Qusma

Bu əlamətlər 24–72 saat ərzində daha da pik həddə çata bilər və kosmik missiyanın ilk günlərini həm fiziki, həm də psixoloji cəhətdən çətinləşdirir.

Səbəb nədir? Çəki yoxluğu (zero gravity) bədəni çaşdırır

media-inshot_20250725_114523022

 

Yer kürəsində bədənimiz “aşağıya doğru” işləməyə vərdiş edib. Gözlərimizdən, daxili qulağımızdakı tarazlıq orqanlarından (vestibulyar sistem), əzələlərdən gələn siqnallar bir-birini tamamlayır. Amma çəkisizlik şəraitində bu siqnallar bir-biri ilə ziddiyyət təşkil edir. Məsələn:

– Göz deyir: “Mən hərəkət etmirəm.”

– Qulaq deyir: “Sən fırlanırsan!”

Bu uyğunsuzluq beyin üçün sensor xaos yaradır. Nəticədə bədən bu çaşqınlığı “zəhərlənmə” kimi qəbul edir və reaksiya olaraq mədəyə siqnal göndərir ki, qusmalısan!

Görmə pozuntuları və beyin təzyiqi

media-inshot_20250725_114308983

Uzunmüddətli kosmik uçuşlar zamanı bəzi kosmonavtların görməsi zəifləyib. Bu, beynin arxa hissəsinə yığılan mayenin (çünki cazibə yoxdur) təzyiq yaratması ilə izah olunur. Bu dəyişiklik “Spaceflight-Associated Neuro-Ocular Syndrome” (SANS) adlandırılır və hələ də tam olaraq araşdırılmaqdadır.

Müalicə və qarşısının alınması

media-_103843178_space11-jpg

Hazırda kosmonavtlar üçün bu xəstəliyin qarşısını almaq üçün bir neçə tədbir görülür:

– Fiziki hazırlıq: Missiyadan əvvəl intensiv məşqlər

– Vestibulyar məşqlər: Tarazlıq sistemini kosmik mühitə alışdırmaq

– Müalicəvi dərmanlar: Skopolamin və digər antihistaminiklər

– Qısamüddətli adaptasiya planı: İlk günlərdə ağır fiziki və zehni tapşırıqlardan uzaq durmaq

Gələcəkdə bizi nə gözləyir?

media-inshot_20250725_114609139

Mars missiyaları, Ay koloniyaları və uzunmüddətli kosmik səyahətlər bu xəstəliyin öyrənilməsini daha da vacib edir. Hər kosmonavtın bədəni fərqli reaksiya verdiyindən fərdi adaptasiya proqramları hazırlanır.

Ləman Sərraf


Bənzər xəbərlər