media-inshot_20250826_100641929

Çində aparılan tibbi təcrübə zamanı donuzdan insana köçürülən genetik dəyişdirilmiş ağciyər 9 gün ərzində fəaliyyətini davam etdirib.

Patrulaz.az “ANSA”ya istinadən xəbər verir ki, beyin qanamasından dünyasını dəyişmiş şəxsin üzərində aparılan əməliyyat zamanı mütəxəssislər ağciyərin funksiyasını və immun sisteminin reaksiyasını izləyiblər.

Alimlərin açıqlamasına görə, genetik müdaxilə nəticəsində ağciyər immunitet tərəfindən dərhal rədd edilməyib və ilk günlərdə normal fəaliyyət göstərib.

Bununla belə, transplantasiyadan 24 saat sonra zədələnmə, 3-cü və 6-cı günlərdə isə antikor vasitəçiliyi ilə rədd olunma əlamətləri müşahidə edilib. Təcrübə 9-cu gün dayandırılıb.

Qeyd edək ki, əldə olunan nəticələr donuzdan insana ağciyər transplantasiyası istiqamətində atılan ilk mühüm addım kimi qiymətləndirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər