media-inshot_20250731_135746707

Qadınların elm və təhsil sahəsindəki nailiyyətləri çox zaman tarix kitablarının sətirlərində itirilib. Orta əsrlər – adətən zülmət çağ kimi təsvir edilən bu dövr, təkcə qaranlıqdan ibarət deyildi. Göz önündə olmayan, lakin böyük elmi irs buraxan qadın alimlər bu dövrə sükutla damğa vurmuşdular. Lakin onların adları tarix kitablarında ya unuduldu, ya da kişi həmkarlarının kölgəsində qaldı.

Patrulaz.az sizi həmin qadın alimlərlə tanış edir:

Təhsil hüququ olmayan alim qadınlar

Orta əsrlərdə qadınların rəsmi olaraq universitetlərə qəbul olunması nadir hal idi. Təhsil hüquqları olmadığından, əksər qadınlar özlərini ya dini təriqətlərin qoruyucu qanadları altında inkişaf etdirirdilər, ya da ailələrinin dəstəyi ilə gizli şəkildə elmlə məşğul olurdular. Amma bu məhdudiyyətlər onları geri salmadı, əksinə, daha da inadkar etdi.

Hipatiya (Hypatia) – İskəndəriyyənin sonuncu böyük alimi

media-inshot_20250731_134228063

5-ci əsrdə yaşamış Hipatiya antik dövrdən orta əsrlərə keçid dövrünün ən tanınmış qadın alimidir. Riyaziyyat, astronomiya və fəlsəfə sahəsində çalışıb. İskəndəriyyə kitabxanasında dərs deyib, kişi tələbələr yetişdirib. Düşüncələrinə görə dini fanatiklər tərəfindən vəhşicəsinə qətlə yetirilib, elə buradaca başa düşürük ki, cəmiyyət qadın zəkasını nə qədər təhlükə sayırmış.

Fatima al-Fihri (9-cu əsr, Fas)

media-inshot_20250731_134409751

Bəlkə də dünya tarixində universitet quran ilk qadının bir müsəlman qadını olduğunu çox az adam bilir. Fatima al-Fihri 859-cu ildə Fəs şəhərində Qaraviyyin Universitetini qurdu. Bu təhsil ocağı bu gün də fəaliyyət göstərir və UNESCO tərəfindən dünyanın ən qədim fəaliyyət göstərən universiteti olaraq tanınır. O, təkcə maliyyə dəstəyi verməklə kifayətlənmədi, tədris proqramlarını da şəxsən formalaşdırmışdı.

Hildegard von Bingen – Elmi və musiqini birləşdirən monastır zəkası

media-inshot_20250731_134556525

12-ci əsrdə Almaniyada yaşamış Hildegard həm həkim, həm filosof, həm də bəstəkar idi. Bitkilərlə müalicə, psixosomatik xəstəliklər və tibbi fəlsəfə ilə bağlı əsərlər yazmışdı. Kilsənin bir üzvü olsa da, cəsarətlə öz fikir və kəşflərini yazıya almış, öz dövründə tək-tük qadın “avtoritetlərdən” birinə çevrilmişdi.

Trotula of Salerno – Qadın sağlamlığının ilk müdafiəçisi media-inshot_20250731_134657007

İtaliyada yerləşən Salerno Tibb Məktəbi Avropanın ilk tibbi təhsil ocaqlarından biri idi. Burada fəaliyyət göstərən Trotula qadın xəstəlikləri və doğumla bağlı kitablar yazmışdı. Onun əsərləri yüz illərlə Avropa tibb məktəblərində istifadə olunmuşdu, lakin sonralar adı kişi müəlliflərin adı ilə əvəzlənmişdi. Yalnız müasir tədqiqatlar Trotulanın kim olduğunu üzə çıxardı.

Lady Mary Wortley Montagu (18-ci əsr, İngiltərə–Osmanlı)

media-inshot_20250731_135044519

O, Osmanlı İmperiyasına səfəri zamanı çiçək xəstəliyinə qarşı inokulyasiya metodunu Avropaya tanıdan ilk şəxs idi. Bu metod sonradan peyvəndin əsasını qoydu. Amma qadın olduğu üçün onun elmi müşahidələri dövrünün kişi həkimləri tərəfindən ciddiyə alınmadı.

Maria the Jewess 

media-inshot_20250731_134921303

Qərb kimya tarixinin əsas fiqurlarından biri olan Maria, “alkimyanın anası” sayılır. “Bain-Marie” (su hamamı) cihazının mucidi olaraq tanınır. Bu texnika bu gün də laboratoriyalarda və mətbəxlərdə istifadə olunur. O, təcrübələr aparıb müxtəlif distillə üsulları icad etmişdi. Onun işləri əsrlərlə Avropa alimləri üçün ilham mənbəyi oldu, amma adətən kişi alkimyaçıların kölgəsində qaldı.

Ərəb dünyasında İbn Sina’nın “qız tələbələri”

Ərəb-İslam dünyasında da qadın alimlər olub. Tibb, kimya və ədəbiyyat sahəsində fəaliyyət göstərən qadınların bir çoxu müəllim və tərcüməçi kimi İbn Sina və Əl-Razi kimi kişilərlə bərabər çalışıblar. Lakin onların çoxunun adı kişi müəlliflərin arasında itib.

Unudulmuş beyinlərə ədalət: Tarix yenidən yazılır

Son illərdə tarixi yenidən gözdən keçirmək cəhdləri bu qadınların adlarını təkrar gün üzünə çıxarır. Elm tarixçiləri, feminist tədqiqatçılar və sosial antropoloqlar bu qadınların həyatlarını, əlyazmalarını və tibb tarixindəki töhfələrini bir-bir bərpa edirlər. Hər bir unudulmuş ad bir haqsızlığın ortaya çıxması deməkdir.

Əgər qadın alimlər tanınsaydı, bəşəriyyət daha tez inkişaf etməzdimi?

Bəlkə də… Çünki ağlın cinsi olmur. Amma imkanlar tarix boyunca bölünüb. Bu araşdırmalar unudulmuşların səsini diriltmək, gələcəkdə daha bərabər bir elmi dünyanın əsasını qura bilər.

Ləman Sərraf


Bənzər xəbərlər