Taylandda britaniyalı turist dalğıc qayığında baş verən yanğında dünyasını dəyişib
Taylandın cənubunda yerləşən və “ölüm adası” adlandırılan Koh Tao adasının sahillərində son illərdə şübhəli ölümlər baş verir.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə isə sözügedən ərazidə dalğıc gəmisində yanğın baş verib. Ötən gün baş verən yanğında 26 yaşlı britaniyalı turist Alexandra Clarke həyatını itirib. Yanğın zamanı qayıqda olanlara ilkin tibbi yardım yaxınlıqdakı bərələr tərəfindən edilib.
Tayland polis rəisi hadisə ilə bağlı bu gün verdiyi açıqlamada yanğın zamanı qayıqda 2 ekipaj üzvü, 4 dalğıc işçisi və 16 turist olmaqla 22 nəfərin olduğunu, itkin düşən britaniyalı turistin cəsədinin tapıldığını bildirib. Polis ilk araşdırmaların yanğının dalğıc çənləri gəmiyə doldurularkən baş verdiyini və partlayışlara səbəb olduğunu bildirib.