Tədqiqatçılar körpə uşaq böyüklüyündə olan nəhəng böcək tapdılar - VİDEO
Avstraliyada tədqiqatçılar 40 santimetr uzunluğunda olan nəhəng çubuq böcəyi aşkarlayıblar.
Patrulaz.az xəbər verir ki, The Guardian nəşrinin məlumatına görə, daha əvvəl yalnız şəklini gördükləri bu qeyri-adi böcəyi tapmaq üçün elm adamları xüsusi ekspedisiyaya çıxıblar.
Uzun axtarışlardan sonra Emmott və Copeland adlı tədqiqatçılar yüksək dağlıq ərazidə, ölçüsü yeni doğulmuş körpə ilə müqayisə edilə biləcək dişi çubuq böcəyi ilə qarşılaşıblar.
Araşdırmalar nəticəsində alimlər bu canlıya “Acrophylla alta” adını veriblər.
Qeyd edək ki, buna bənzər hadisə Madaqaskarda da yaşanıb. Burada tədqiqatçılar 126 ildən sonra ilk dəfə 27,5 santimetr uzunluğunda qırxayaq növü aşkarlamışdılar.


Gülbəniz Səfərova






