media-inshot_20260303_094552173

İran İnqilab Keşikçiləri Korpusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ABŞ qoşunlarının toplandığı əraziyə kamikadze dronları ilə zərbələr endirib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hücum nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin olduğu ərazidə 40 Amerika əsgəri həlak olub, 70 nəfər isə yaralanıb. Bildirilir ki, zərbə zamanı ərazidə ümumilikdə 160-dan çox hərbçi olub.

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani açıqlamasında bildirib ki, İranın cavab hücumları region ölkələrinə qarşı deyil və yalnız ABŞ obyektlərini hədəf alır. Onun sözlərinə görə, bu bazalar ev sahibi ölkələrin tam nəzarətində deyil.

“Biz qonşu ölkələrin maraqlarına hücum etmirik. ABŞ obyektlərini və bazalarını hədəf alırıq”, – deyə o vurğulayıb.

İrəvani əlavə edib ki, İran müharibə və ya gərginlik istəmir, lakin suverenliyini qətiyyətlə müdafiə edəcək.

O həmçinin müharibədən əvvəl İranın ABŞ üçün “yaxın təhlükə” yaratmadığını bildirib və ölkəsinin nüvə proqramının dinc məqsədlər daşıdığını qeyd edib.


Bənzər xəbərlər