Telefonla yatmaq beyində BU XƏSTƏLİKLƏRİ sürətləndirir
Müasir dövrdə rəqəmsallaşan dünyada insanlar gecə-gündüz telefon vasitəsilə şəbəkələşməyə üstünlük verirlər. Mütəxəssislər böyüklər üçün gündə 2–3 saat, uşaqlar və yeniyetmələr üçün isə maksimum 1–2 saat telefonla oynamağı məsləhət görür. Lakin elə insanlar var ki, saatlarla ekran qarşısında şüa ilə təmasda olurlar.
Son araşdırmalar sübut edir ki, mobil telefonlardan yayılan elektromaqnit dalğaları və ekran işığı beyinin fəaliyyətinə mənfi təsir göstərir. Çox adam yatdıqdan sonra da telefonunu yanında saxlayır. Lakin bu zaman telefon sönülü olsa belə, onun yaydığı elektromaqnit dalğaları insana düşündüyümüzdən də mənfi təsirlər göstərir.
Patrulaz.az-ın araşdırmasına görə, telefona yaxın yuxuya gedən insanlarda Alzheimer, unutqanlıq və yaddaş pozğunluqları riski artır.
Telefonun insana vurduğu əsas zərərlər nələrdir?
Telefon ekranından saçılan işıq “yuxu hormonu” kimi tanınan “melatonin”in ifrazını azaldır. Bunun nəticəsində insanda yuxusuzluq, yorğunluq və diqqət dağınıqlığı yaranır. Telefon uzun müddət beyinə yaxın olduqda sinir hüceyrələrinə də zərər verə bilir. Bu isə gələcəkdə depressiya, nevroloji pozuntular və beyin zəifləməsi ilə nəticələnə bilər. Telefonun siqnalları və bildiriş səsləri insanın yuxu rejmini pozur, bununla da səhər oyandıqda yorğunluq daha da artır.
Həkimlərin bununla bağlı bir sıra tövsiyyələri var:
– Telefonu yastıq altına qoymamaq;
– Yatmazdan ən azı 1 saat əvvəl cihazdan uzaqlaşmaq;
– Yataq otağında telefonu səssiz rejimdə kənarda saxlamaq;
– Əgər mümkündürsə, gecə rejimindən istifadə etmək və mavi işığı minimuma endirmək.
Telefonun insanın sağlamlığına mənfi təsirləri dünya təcrübəsində də müxtəlif yollarla müşahidə edilir və bu istiqamətdə tədbirlər görülür. Misal olaraq, Yaponiyada aparılan bir araşdırma göstərib ki, yatmazdan əvvəl telefonla məşğul olan şəxslərdə yuxu keyfiyyəti 30 % zəifləyib. ABŞ-də universitet tələbələri üzərində keçirilən tədqiqatda isə gecə boyu telefonunu yanında saxlayanların unutqanlıq göstəriciləri 25 % yüksəlib. Almaniyada klinik təcrübə zamanı elektromaqnit dalğalarına uzun müddət məruz qalan siçanlarda Alzheimer xəstəliyinin əlamətləri də müşahidə olunub.






