media-inshot_20250621_211409185

Mesajlaşma platforması “Telegram”ın yaradıcısı, rus əsilli milyarder Pavel Durov 13,9 milyard dollarlıq sərvətini dünyaya gələn 106 uşağına miras qoyacağını açıqlayıb. 

Patrulaz.az Xarici mediaya istinadən xəbər verir ki, hazırda Fransada yaşayan və Dubayda qeydiyyatda olan 40 yaşlı Durovun üç partnyorundan doğulmuş 6 uşağı var.

Bundan əlavə, o, 12 ölkədə müxtəlif cütlüklərə sperma donorluğu edərək dünyaya gələn 100 uşaq sahibidir. Durov Fransanın “Le Point” jurnalına verdiyi müsahibədə sərvətinin bütün bu 106 uşağa qalacağını bildirib. Lakin onların bu sərvətə yalnız 30 il sonra çıxışı mümkün olacaq.

Durov bunu belə əsaslandırıb:

“Yaxınlarda vəsiyyətimi yazdım. Uşaqlarımın sərvətimə 30 il sonra çata bilmələrini qərarlaşdırdım. İstəyirəm ki, onlar normal insanlar kimi yaşasın, özlərinə güvənərək inkişaf etsin, yaradıcılıq qabiliyyətini göstərsin və banka bağlı olmasınlar”.

Milyarder uşaqları arasında fərq qoymadığını qeyd edib. 2014-cü ildə Ukraynada baş verən etirazlarla bağlı məlumatları Rusiya təhlükəsizlik qurumlarına verməkdən imtina etdiyi üçün ölkədən köçüb. Pavel Durovun hazırda Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Karib dənizindəki “Saint Kitts və Nevis” adalarına aid pasportları var.

Ləman Sərraf


Bənzər xəbərlər