media-inshot_20250812_113231615

Telegram-ın təsisçisi Pavel Durov platformada şəxsi məlumatların açıqlanması, hədə-qorxu və şantaj məqsədilə fəaliyyət göstərən kanalların bağlanacağını açıqlayıb.

Patrulaz.az xəbər verir ki, o bu barədə öz rəsmi sosial media hesabında məlumat verib.

Durov, həmçinin paylaşımında məlumatları oğurlamaq və ya şantaj etmək məqsədilə  istifadə etmək istəyənlərə də xəbərdarlıq edib:

“Bizdə kanal administratorlarının böhtan xarakterli yazılar yayımlayıb, qurbanlardan ödəniş qarşılığında bu məlumatları silmələri ilə bağlı təkzibedilməz sübutlar var. Telegram heç vaxt şəxsi məlumatların açıqlanması və ya şantaj üçün platforma olmayacaq. Bu cür fəaliyyət göstərənlər vaxt itirməsin, biz onları tapacağıq”.

Qeyd edək ki, Durov bu açıqlaması ilə Telegramda istifadəçi məxfiliyinin qorunmasına və təhlükəsizliyə ciddi yanaşıldığını bir daha təsdiqləyib. Platforma belə halların qarşısını almaq üçün mübarizəsini davam etdirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər