media-inshot_20260513_235355237

“A Klass” əmtəə nişanlı “Bakı Bulvarı” dondurmalarının tərkibində 6 zərərli qida əlavəsinin olduğu ortaya çıxıb. Belə ki, bu barədə elə “Bakı Bulvarı” dondurmasının qablaşdırması üzərindəki məhsulun tərkibini əks etdirən məlumatda qeyd olunub.

Bildirilib ki, dondurmanın tərkibi içməli su, üzlü və üzsüz quru süd, qatılaşdırılmış süd, şəkər tozu, kərə yağı, təbii aromatlar, kakao və 6 fərqli stabilizator-emulqatordan (E471, E433, E466, E410, E412, E407) ibarətdir.

Bir dondurmanın tərkibində eyni anda 6 fərqli qida əlavəsinin (E-kodun) istifadə edilməsi qida təhlükəsizliyi baxımından nə dərəcədə doğrudur və bu kombinasiya insan orqanizmində hansı fəsadlara yol aça bilər?

Bununla bağlı Patrul.az-a qida eksperti Fərid Səfərov öz rəyini bildirib.

Onun sözlərinə görə, tərkibi bir neçə məhsuldan ibarət olan dondurmaların içindəki qidalar icazə verilən olsa da, bu sağlam insanlara deyil, səhhətində müəyyən problemlər olanlara və yaxud da uşaqlara ağır təsir göstərə bilər:

“Dondurmanın tərkibində bir neçə stabilizator və emulqatorun birlikdə istifadə olunması texnoloji baxımdan tamamilə qeyri-adi hal deyil. Çünki bu maddələr məhsulun teksturasını qorumaq, buz kristallarının yaranmasının qarşısını almaq, əriməni gecikdirmək və daha kremvari konsistensiya yaratmaq üçün əlavə olunur. “Bakı Bulvarı” dondurmasında qeyd olunan E471, E433, E466, E410, E412 və E407 kimi əlavələrin hər biri ayrı-ayrılıqda müəyyən normativ hədlər daxilində istifadəsinə icazə verilən qida əlavələridir.

Lakin burada əsas məsələ təkcə həmin əlavələrin “icazəli” olması deyil, onların bir məhsul daxilində kombinasiyası və müntəzəm istehlak zamanı orqanizmə mümkün təsiridir. Xüsusilə bir məhsulda 6 fərqli stabilizator-emulqatorun olması artıq yüksək dərəcədə emal olunmuş məhsul göstəricisi hesab oluna bilər”.

media-inshot_20260513_233743274

Mütəxəssis 6 fərqli stabilizator-emulqatordan ayrı-ayrılıqda insan orqanizminə verə biləcək zərərləri də izah etdi:

“- E407 (karragenan) bəzi araşdırmalarda bağırsaq qıcıqlanması və həzm sistemi həssaslığı ilə əlaqələndirilir.

E433 (polisorbat 80) barədə aparılan bəzi tədqiqatlarda bağırsaq mikroflorasına mənfi təsir ehtimalı müzakirə olunur.

E466 isə həssas insanlarda köp, şişkinlik və həzm narahatlığı yarada bilər.

Sağlam insanlarda bu maddələrin normadan artıq istifadə olunmadığı halda ciddi toksik təsir yaratması gözlənilmir. Amma uşaqlarda, allergik və ya bağırsaq həssaslığı olan şəxslərdə, həmçinin bu tip ultraemal olunmuş məhsulları tez-tez istehlak edən insanlarda müəyyən həzm problemləri, bağırsaq mikrobiotasında dəyişikliklər və metabolik yük yarana bilər”.

Sonda istehlakçılara daha sadə tərkibli məhsulların istehlakını tövsiyə edən ekspert, bu cür tərkibli dondurmalarla yanaşı, digər bu kimi tərkibi zərərli məhsulların adlarını da sadaladı:

“Əsas risk bir dəfə dondurma yeməkdən deyil, ümumi qidalanmada bu tip əlavələrin çoxlu sayda məhsullardan gündəlik qəbul olunmasıdır. Çünki insan gün ərzində təkcə dondurmadan yox, kolbasa, sous, şirniyyat, qazlı içki və digər hazır məhsullardan da müxtəlif E-kodlar qəbul edir və bu zaman “kumulyativ təsir” məsələsi ortaya çıxır.

İstehlakçı üçün ən doğru yanaşma tərkibi daha sadə və qısa olan məhsullara üstünlük vermək, xüsusilə uşaqlarda bu tip məhsulların gündəlik istifadəsini məhdud saxlamaqdır.

Sağlam qidalanaraq sağlam yaşayın!”

Gülbəniz Səfərova

media-1778668513_t67y8uji media-tia_f2beaef02f3f288335c545e38e8c7eb8_tfxs5l16jomucqg8he34 media-tia_e542259093e5aad0d5a6804ea3dd8744_o3x8va9c1hq7l0pjstn2


Bənzər xəbərlər