Təsadüf nəticəsində ortaya çıxmış İXTİRALAR - MARAQLI
Bəzi icadlar var ki, hazırda istifadə olunduğundan fərqli məqsədlərlə kəşf edilmişdi.
Patrulaz.az bu icadlar və onlarla bağlı maraqlı faktlarla size tanış edir:
Mikrodalğalı soba – təsadüfi kəşf!

İcad edən: Percy Spencer (1945)
Necə?
Spencer radar avadanlıqları üzərində işləyərkən ciblərindəki şokoladın əridiyini gördü. Bu hadisə onun diqqətini çəkdi və nəticədə mikrodalğalı şüaların qidaları bişirə bildiyini anladı.
Az bilinən fakt: İlk mikrodalğalı soba 1,8 metr hündürlükdə idi və 340 kilo çəkirdi!
Qələm – kosmos üçün yaradıldı

İcad edən: Paul Fisher (1965)
Necə?
NASA kosmonavtlar üçün qravitasiya olmayan mühitdə yaza bilən qələm istədi. Fisher isə təzyiqli mürəkkəblə yazan xüsusi bir “Space Pen” düzəltdi.
Az bilinən fakt: SSRİ əvvəlcə sadəcə karandaş istifadə edirdi. Sonradan onlar da “space pen” aldılar.
Post-it qeydləri – uğursuz yapışqan layihəsinin nailiyyəti

İcad edən: Spencer Silver və Art Fry (1970-lər)
Necə?
Silver güclü yapışqan yaratmağa çalışırdı, amma nəticədə zəif tutan bir yapışqan alındı. Fry isə bu yapışqanı kitabında səhifə işarəsi kimi istifadə etməyə başladı.
Az bilinən fakt: Əvvəlcə bu məhsul bazarda uğursuz oldu, çünki insanlar “nəyə lazım olduğunu” anlamırdılar.
Velosiped – qadın azadlığının simvolu

19-cu əsr
Velosiped sadəcə nəqliyyat vasitəsi yox, qadınların sosial azadlığının rəmzinə çevrildi. Qadınlar ətəklərini dəyişdi, sərbəst hərəkət etməyə başladı.
Az bilinən fakt: Amerikalı feminist Susan B. Anthony deyirdi:
“Velosiped qadın azadlığı üçün gördüyüm hər şeydən daha çox işə yarayıb”.
Cips (çips) – qəzəb anında doğulan qəlyanaltı

İcad edən: George Crum (1853)
Necə?
Bir müştəri kartofun çox qalın olduğunu deyib şikayət etdi. Crum əsəbiləşib kartofları çox incə doğrayıb yağda qızartdı, üzərinə duz səpdi və göndərdi. Müştəri bayıldı.
Az bilinən fakt: Bu “qəzəb çipsi” sonradan Amerikada ən məşhur qəlyanaltıya çevrildi.
Stetoskop – utancaqlığın bəhrəsi

İcad edən: René Laennec (1816)
Necə?
Həkim qadın xəstənin döyünən ürəyini dinləməyə utanırdı. Beləliklə, kağızdan bir boru düzəldib onunla ürək səslərini dinlədi. Sonradan bu boru stetoskopa çevrildi.
Az bilinən fakt: O zamana qədər həkimlər xəstənin sinəsinə birbaşa qulaq qoyaraq müayinə aparırdı.
Coca-Cola – ağrıkəsici kimi yaradıldı

İcad edən: John Pemberton (1886)
Necə?
Pemberton bir müharibə qazisi idi və morfin asılılığı vardı. Ona alternativ olaraq koka yarpağı və kola qozundan ibarət tonik hazırladı.
Az bilinən fakt: İlk versiyada az miqdarda kokain vardı və dərman kimi apteklərdə satılırdı.
Ləman Sərraf






