media-inshot_20250723_223724304

TikTok Pakistanda 25 milyona yaxın videonu silib.

Patrulaz.az “The Express Tribune”a istinadən xəbər verir ki, bu il TikTok Pakistanda 24 milyon 954 min 128 videonu platforma qaydalarının pozulması səbəbilə silib.

Məlumata görə, videoların 99,4 %-i proaktiv şəkildə, yəni istifadəçilər şikayət etmədən əvvəl aşkarlanaraq silinib. İşarələnmiş videoların 95,8 %-i sə paylaşım edildikdən ilk 24 saat ərzində platformadan çıxarılıb.

Qeyd edək ki, qobal miqyasda isə TikTok ümumilikdə 211 milyon videonu silib. Bu da yüklənmiş bütün məzmunun təxminən 0,9 faizini təşkil edir. Onlardan 184 milyondan çoxu avtomatlaşdırılmış sistemlər vasitəsilə aşkarlanıb, 7,5 milyondan çoxu isə ikinci yoxlamadan sonra bərpa edilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər