media-img_9991

Patrulaz.az-ın qaynar xəttinə daxil olan video görüntü sosial şəbəkələrdə geniş rezonans doğurub. Kadrlarda bir nəfər kişinin Pərvanə adlı xanıma qarşı şiddət və təhqir dolu hərəkətlər etdiyi açıq şəkildə görünür.

Videoda həmin şəxs qadının saçının bir hissəsini qırxır, daha sonra isə saçının qalan hissəsindən tutaraq güc tətbiq edir. O, bu hərəkəti qadının “özünə məxsus videonu paylaşdığı üçün cəzalandırmaq” məqsədilə etdiyini bildirir. Kadrlarda qadının qorxu içində olduğu, fiziki və psixoloji təzyiqə məruz qaldığı aydın görünür.

Məlumata görə, hadisə zamanı həmin şəxs qadına təzyiq göstərərək paylaşdığı videonu silməsini tələb edib.

Redaksiyamıza göndərilən bu görüntülər TikTok sosial şəbəkəsində paylaşılıb. Videonun üzərindəki @tamerlan_636_ istifadəçi adı ilə axtarış aparan Patrul.az redaksiyası həmin profilə məxsus səhifəni müəyyənləşdirib və həmin profilin sahibi Tamerlan adlı şəxsin şəkillərini sizə təqdim edirik.

Hazırda hadisənin harada baş verdiyi və videodakı şəxsin kimliyi tam dəqiqləşdirilməsə də, görüntülər açıq şəkildə qadına qarşı zorakılıq faktını nümayiş etdirir.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin əməkdaşlarından şəxsin kimliyinin müəyən olunaraq qanunamüvafiq tədbir görmələrini xahiş edirik.


Bənzər xəbərlər