“Toqquşmalar başlayarsa, Yaxın Şərqdə vəziyyət yenidən gərgin hal alacaq”-ŞƏRH
“HƏMAS və İsrail arasındakı münaqişə bir ildən artıq müddətdir ki, davam edir və bu toqquşmalar bir neçə həftə əvvəl dayandı. Bununla da dörd mərhələli atəşkəs planı həyata keçirilməyə başlandı”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.

O bildirib ki, atəşkəsin ilk mərhələsində əsrlərin dəyişilməsi, daha sonra İsrail qüvvələrinin Qəzza-dan geri çəkilməsi və qəzzalıların Şimal bölgəsinə axını məsələsi gündəmdədir: “Qəzzalılar Şimala doğru axın etməyə başladılar və qarşılıqlı olaraq həm İsrail, həm də HƏMAS əsrləri dəyişdirir. O cümlədən, gələcəkdə İsrail qoşunlarının Qəzzadan çıxarılması məsələsi də əsr dəyişilməsi nizamlı davam edəcəyi təqdirdə gündəmə gələcək.
Ümid edirik ki, atəşkəs qırılmayacaq. Çünki bir daha İsrail ilə HƏMAS arasında toqquşmalar başlayarsa, Yaxın Şərqdə vəziyyət yenidən gərgin hal alacaq. Ümumilikdə isə bu müharibənin sonu görünmür, hər iki tərəf silaha sarılmağa hazırdır. Bu isə 100 minlərlə insanın həyatını itirməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq atəşkəsin davam etməsini təmin etmək vacibdir”.






