Torpaq sürüşməsində həlak olan işçinin qardaşı: “Bu onun işi deyildi” - VİDEO
Xəbər verdiyimiz kimi, Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki əməkdaşı su xəttində yaranmış nasazlığı aradan qaldırarkən torpaq sürüşməsi baş verib.
Patrul.az xəbər verir ki, hadisə nəticəsində hər iki şəxs torpaq altında qalıb.
Əraziyə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən bir nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Digər şəxs isə hadisə yerində həyatını itirib.
Həlak olan şəxsin qardaşının sözlərinə görə, mərhum Qobustan Su İdarəsində çilingər-santexnik vəzifəsində çalışıb və əsas işi su xətlərində yaranan nasazlıqları aradan qaldırmaq olub.
O bildirib ki, mərhumun kanalizasiya işlərinə aidiyyəti olmayıb:
“Bu onun işi deyildi. Rəhbərliyi zəng edərək işə gəlməsini tələb edib, əks halda işdən çıxarılacağını bildirib. Hadisədən sonra isə iş yerindən heç kim ailə ilə maraqlanmayıb”.
Ətraflı Baku TV-nin süjetində:






