“Tramp dünya gündəmini zəbt edib” – ŞƏRH
“Donal Trampın Amerika Birləşmiş Ştatlarında prezident kimi ikinci dəfə vəzifəyə başlaması bütün dünya gündəmini zəbt edib. Yanvarın 20-dən başlayaraq artıq 10 gündür ki, bütün dünya məhz ABŞ prezidenti və onun qeyri-adi hərəkətlərindən danışır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Tramp ABŞ-ı bəzi məsələlərdə təcrid etmək yolunu tutub: “Ümumdünya Səhiyyə Təşkilatından ölkəsini ayırıb, 2015-ci il İqlim Dəyişikliyi ilə bağlı Paris sazişindən ABŞ-ı çıxarıb, xarici yardımları dayandırıb. Eyni zamanda bir neçə ərazilərə iddia edir və ərazi adlarında dəyişikliklər edir. Faktiki olaraq Tramp bütün istiqamətlərdə özünün hakimiyyətə gəldiyini göstərməyi bacarıb. Buna görə də qarşıdakı dörd il ərzində Trampdan qeyri-adi gedişlər daha çox görəcəyik. Bu gedişlər isə bu və ya digər şəkildə dünyanın taleyinə ciddi təsir göstərəcək.
Tramp hələ ki, Cənubi Qafqaz, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı hər hansı fikir səsləndirməyib”.






