Tramp: "İsrail və Qəzza çox mürəkkəbdir, lakin biz bunun öhdəsindən gələcəyik"
“İsrail və Qəzza çox mürəkkəbdir, lakin biz bunun öhdəsindən gələcəyik”.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp mətbuat konfransı zamanı deyib.
O, çıxışında ABŞ rəhbərliyinin indiyədək yeddi müharibəni dayandırdığını, o cümlədən Azərbaycan və Ermənistan münaqişəsinin də həll olunduğunu vurğulayıb:
“İsrail və Qəzzada vəziyyət mürəkkəbdir, bəli, amma biz bunu da həll edəcəyik. Biz indiyədək yeddi müharibəni bitirmişik. Azərbaycan–Ermənistan məsələsinə də sülh gətirmişəm”.
ABŞ lideri həmçinin, Fələstin tərəfinin silahlı qruplaşması olan HƏMAS-ın girovları dərhal azad etməsini tələb edib:
“Mən Həmas tərəfindən saxlanılan girovların dərhal azad edilməsini istəyirəm. İndi, sabah yox”, – deyə Tramp bildirib.






