media-img_7801

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin telefonla danışıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, görüşün yaxşı keçdiyi öyrənilib. Ağ Evdən verilən açıqlamada, iki liderin Ukrayna müharibəsinin daimi sülhlə bitməsi ilə bağlı razılığa gəldiyi bildirilib. Digər tərəfdən, bəyanatda Yaxın Şərqdə atəşkəs danışıqlarının dərhal başlayacağı və iki liderin İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması fikrini bölüşdüyü bildirilib.

Kreml Sarayı Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla telefon danışığında Rusiya və Ukraynanın 30 gün ərzində bir-birinin enerji infrastrukturuna hücum etməməsi təklifini qəbul etdiyini və bu məqsədlə Rusiya ordusuna əmr verdiyini açıqlayıb.

Bəyanatda Putin ABŞ-ın 30 günlük atəşkəs təklifinin şərtlərini, o cümlədən təmas xəttinə nəzarəti, Ukraynada səfərbərliyin dayandırılmasını və ordunun yenidən silahlandırılmasını vurğulayıb.

Görüş zamanı həmçinin Ukrayna və Rusiya arasında 175 hərbi əsirin mübadiləsinə dair razılıq əldə olunub.


Bənzər xəbərlər