Trampdan Baydenə sərt ittiham: "O cinayətkardır və həbs olunmalıdır"
ABŞ Prezidenti Donald Tramp ölkənin sabiq Prezidenti Co Bayden barədə sərt açıqlama verib.
Patrulaz.az xəbər verir ki, Tramp “Truth Social” sosial platformasında Baydeni “cinayətkar” adlandıraraq həbs olunmasını tələb edib.
“O cinayətkardır və həbsdə olmalıdır. O daxildən də, xaricdən də iyrənc bir adamdır”, – deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl də Co Baydeni ölkədəki iqtisadi böhrana və miqrasiya siyasətindəki problemlərə görə kəskin tənqid edib.






