media-inshot_20260501_235627602

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən təhdidedici açıqlama verib.

Patrul.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla nüvə danışıqları fonunda Tehran rəhbərliyinə qarşı mövcud böhranın həlli üçün yalnız iki alternativin qaldığını bildirib.

Onun sözlərinə görə, ABŞ-nin İranla münasibətlərində artıq orta yol qalmayıb:

“Gəlib onları cəhənnəmə atmaq, onlara əbədi olaraq son qoymaq istəyirikmi? Yoxsa razılaşmaq istəyirik? Seçimlər bunlardır”, – deyə o qeyd edib.

Prezident humanitar səbəblərdən hərbi varianta əl atmaq istəmədiyini vurğulayıb.


Bənzər xəbərlər