media-1772886348_tramp2

ABŞ Prezidenti Donald Tramp İranı hədələyib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, o, İranın Qətərin qaz yataqlarına yenidən hücum edəcəyi təqdirdə, Cənubi Pars qaz yatağının tamamilə məhv ediləcəyini bildirib.

“Bu halda, Amerika Birləşmiş Ştatları İsrailin köməyi və ya razılığı ilə, yaxud onsuz da İranın əvvəllər heç vaxt görmədiyi güc və qüdrətlə Cənubi Pars qaz yatağını kütləvi şəkildə məhv edəcək”, – deyə ABŞ lideri vurğulayıb.

Tramp qeyd edib ki, İran belə bir addım atmasa, yəni günahsız Qətərə hücum etməsə, bu yatağa qarşı İsrail tərəfindən də yeni zərbələr endirilməyəcək.

Xatırladaq ki, 18 mart 2026-cı il tarixində, günorta saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın cənubunda yerləşən Buşehr əyalətindəki Cənubi Pars qaz yatağının 14-cü fazasına və yaxınlıqdakı Asaluyeh emal mərkəzinə zərbələr endirib. Hücum nəticəsində qaz emalı gücünün təxminən beşdə birinin zədələndiyi bildirilir.

 Həmin günün axşam saatlarında isə İran cavab olaraq Qətərin Ras Laffan sənaye şəhərinə ballistik raketlərlə hücum edib.


Bənzər xəbərlər