“Yanvarın 16-da Vaşinqtonda ABŞ-la Ermənistan arasında strateji müttəfiqlik haqqında sənəd imzalandı və burada Blinken yenə də “Dağlıq Qarabağ” ifadəsini işlətdi. Bayden adminstrasiyası daim ermənilərə dəstək oldu və hakimiyyətlərinin son günlərində də ermənilərlə strateji müttəfiqlik haqqında razılaşmaya gəldi”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.


O bildirib ki, yenidən hakimiyyətə gələn Donald Tramp isə Baydeyinin imzaladığı bir çox qərarları ləğv etdi: “Bu səbəbdən də ermənilər hazırda təşviş içərisindədirlər. Çünki D.Tramp ABŞ-Ermənistan strateji müttəfiqliyini də ləğv edə bilər. Tramp isə bu məsələyə məhz öz maraq prizmasından yanaşacaq. Lakin görünən odur ki, yeni rəhbərlik Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir.

Eyni zamanda Davos İqtisadi Forumunda iştirak edən ölkə başçısı İlham Əliyev Ermənistanı və Bayden siyasətini ciddi tənqid edib, hakimiyyətə gələn adminstrasiya ilə münasibətlərin normal olacağını bildirib. Buna görə də Trampın hakimiyyəti dövründə münasibətlər düzələcək və sülh müqaviləsinin imzalanacağını demək mümkündür”.


Bənzər xəbərlər