media-inshot_20260303_194327961

ABŞ Prezidenti Donald Trampın qardaşı qızı Meri Li Yaxın Şərqdə baş verən hadisələrlə bağlı əmisini sərt tənqid edib.

Patrul.az xəbər verir ki, Meri Tramp bununla bağlı “X” sosial platformasında paylaşım edib.

O, İsrail və ABŞ-nin İranın Minab şəhərində yerləşən ibtidai sinif qızlar məktəbinə birgə hücumlarını pisləyərək, əmisi Donald Trampı “azğın” adlandırıb. O cümlədən o, uşaqların, eləcə də amerikalı hərbçilərin ölümünə görə məsuliyyətin əmisinin üzərində olduğunu bildirib.

“Biz Donaldın seçdiyi müharibədəyik. Onlarla iranlı uşaq ölüb; altı amerikalı hərbçi həlak olub. Bu ölümlərə görə məsuliyyət daşıyan azğın adam isə əsas mövzudan yayınaraq qızıl pərdələrindən və 400 milyon dollarlıq bal zalından danışıb, çünki onun prioritetləri bunlardır”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, İsrail və ABŞ-nin İranın Minab şəhərində yerləşən Şəcərə Teyyibə ibtidai sinif qızlar məktəbinə endirilən zərbələr nəticəsində ölənlərin sayının 165 nəfərə çatıb. Qurbanların əksəriyyəti  7-12 yaşlı uşaqlardır.

İsrail və ABŞ tərəfi əvvəlcə məktəbin hədəf alınmasından xəbərsiz olduqlarını bildirsələr də, Donald Tramp hücumları “İran rejimini devirmək” və “nüvə təhlükəsini aradan qaldırmaq” üçün vacib əməliyyatın hissəsi kimi müdafiə edib.

Hazırda İranın müxtəlif şəhərlərində bu hadisəyə etiraz olaraq kütləvi aksiyalar keçirilir.

media-img_20260303_192728_541Gülbəniz Səfərova


Bənzər xəbərlər