media-inshot_20251202_203112793

Dünyanın ən çirkli və təmiz şəhərlərinin adları məlum olub.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Radical Storage şirkətinin apardığı araşdırmaya əsasən, məşhur turizm məkanı olan Budapeşt dünyanın ən çirkli şəhəri elan edilib. Araşdırmaya görə, Budapeştin təmizliyi ilə bağlı turist rəylərinin 37,9 faizi mənfi olub.

İtaliyanın paytaxtı Roma 35,7 faiz mənfi rəy göstəricisi ilə ikinci yerdə qərarlaşıb. İlk üçlüyü isə ABŞ-nin Las-Veqas şəhəri tamamlayır (31,6 faiz).

Bununla yanaşı, Florensiya (İtaliya), Paris (Fransa), Milan (İtaliya), Verona (İtaliya), Frankfurt (Almaniya), Brüssel (Belçika) və Qahirə (Misir) də dünyanın ən çirkli ilk 10 şəhəri sırasında yer alıb.

Dünyanın ən təmiz şəhərlərinə gəldikdə isə, birinci yerdə turist rəylərinin 98,5 faizi müsbət olan Polşanın Krakov şəhəri seçilib.

Reytinqdə 98 faiz müsbət şərhlə BƏƏ-nin Şarja şəhəri ikinci olub. İlk üçlüyü 97,9 faiz müsbət rəy göstəricisi ilə Sinqapur tamamlayır.

Dünyanın ən təmiz 10 şəhəri siyahısına həmçinin Varşava (Polşa), Doha (Qətər), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Praqa (Çexiya), Maskat (Oman), Dubay (BƏƏ) və Fukuoka (Yaponiya) daxil edilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər