media-inshot_20251210_152326412

Türkiyədə “futbolda mərc və danışılmış oyunlar” istintaqı çərçivəsində daha bir futbolçu -“Sakaryaspor”un oyunçusu Əbdürrəhman Bayram (20) həbs olunub.

Patrul.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qaçaq kimi axtarılan futbolçu istintaqa özü təslim olub.

İstintaq zamanı Bayramın “Nesine’ və “Bilyoner” mərc saytlarında hesablarının olduğu, bir neçə “Trabzonspor” matçına, o cümlədən “Qalatasaray” – “Trabzonspor” və “Hatayspor”–”Trabzonspor” oyunlarına mərc etdiyi müəyyən edilib.

Onun qaçmaq və sübutları gizlətmək ehtimalı əsas gətirilərək barəsində həbs tələbi irəli sürülüb.

Xatırladaq ki, əməliyyatların ikinci dalğasında ümumilikdə 27-si futbolçu olmaqla 46 nəfər barəsində həbs qərarı çıxarılıb. Onlardan 20-si, o cümlədən Metehan Baltacı (Qalatasaray) və Mert Hakan Yandaş (Fənərbağça) həbs edilib.

media-650x344-son-dakika-futbolda-bahis-sorusturmasinda-flas-gelisme-sakaryasporlu-firari-futbolcu-abdurrahman-bayram-teslim-1765365183939
“Sakaryaspor”un futbolçusu Əbdürrəhman Bayram

 

Gülbəniz Səfərova


Bənzər xəbərlər