“Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri hər zaman olduğu kimi, yenə də zirvədədir. Bu münasibətlərin daha da inkişaf etdirilməsi və irəliyə aparılması istiqamətində dövlətlər arasında lazım olan bütün imkanlar təmin olunur və əməkdaşlıqlar davam edir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, Türkiyənin Azərbaycandakı yeni səfirinin Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov tərəfindən qəbul olunması isə gələcək əməkdaşlığın inkişaf etdirilməsi baxımdan mühüm əhəmiyyətə malikdir: “Bundan sonra da iki ölkə arasındakı münasibətlər daha da dərinləşəcək və yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Çünki Azərbaycanla Türkiyə yeganə ölkələrdəndir ki, dünyaya qardaşlıq və dostluq istiqamətində nümunə nümayiş etdirirlər.

Xüsusilə vurğulanmalıdır ki, Türkiyə ilə Azərbaycan, həm də müttəfiq ölkədir və bu barədə Şuşada bəyannamə imzalanıb. Türkiyə ilə Azərbaycanın müxtəlif istiqamətlərdə bir çox ortaq maraqları var. Azərbaycan da buna daim müsbət qarşılıq verib və münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini göstərib”.


Bənzər xəbərlər