media-inshot_20251031_233339005

Türkiyədə dabaq xəstəliyinin sürətlə yayılması səbəbilə dövlət səviyyəsində ciddi məhdudiyyətlər tətbiq olunub.

Patrulaz.az “Sondakika.com”a istinadla xəbər verir ki, xəstəliyin artan təhlükəsi fonunda Aydın vilayətinin Nazilli rayonunda 32 məhəllə rəsmi olaraq karantin zonası elan edilib.

Məlumata görə, yeni qaydalar çərçivəsində iri buynuzlu heyvanların və qoyunların həmin ərazilərə girişinə tam qadağa qoyulub. Epidemioloji riskin yüksək olması səbəbilə rayon rəhbərliyi vəziyyətin nəzarətdə saxlanılması üçün xüsusi tədbirlər planı hazırlayıb.

Rəsmi qurumlar bildirir ki, karantin rejiminin pozulması halında qayda pozan şəxslərə qarşı qanuni tədbirlər görüləcək. Məqsəd xəstəliyin digər bölgələrə keçməsinin qarşısını almaq və heyvan təsərrüfatlarında mümkün iqtisadi itkiləri minimuma endirməkdir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər