media-inshot_20251208_221259131

Türkiyədə futbol üzrə mərc qalmaqalı davam edir. 

Patrul.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) mərc etdiyi müəyyən edilən daha 197 futbolçunun Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərildiyini açıqlayıb.

TFF-nin açıqlamasına görə, bu futbolçuların hamısı peşəkar liqalarda “A komanda” siyahısına daxil olan və ya müvafiq yarışlarda iştirak edən oyunçulardır. Tədbir olaraq, 8 dekabr 2025-ci il tarixindən etibarən PFDK-ya göndəriliblər.

Xatırladaq ki, dekabrın 5-də İstanbul Respublika Prokurorluğu futbol mərc oyunları ilə bağlı genişmiqyaslı əməliyyat həyata keçirərək, aralarında klub prezidentləri və futbolçuların da olduğu 46 nəfəri saxlamışdı.

Qeyd edək ki, PFDK (Peşəkar Futbol İntizam Şurası) futbolçuların qayda pozuntularını araşdıran qurumdur.

Patrul.az həmin futbolçuların adlarını əks etdirən siyahını təqdim edir:

media-screenshot_1-738935 media-screenshot_2-356534 media-screenshot_3-915467 media-screenshot_4-490937 media-screenshot_5-702367

Gülbəniz Səfərova


Bənzər xəbərlər