Türkiyədə narkotikdən istifadə şüphəsi ilə saxlanılan məşhurlardan bəzilərinin narkotik test nəticəsi MÜSBƏT ÇIXDI
Türkiyənin İstanbul şəhərində aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində saxlanılan məşhurların tibbi test nəticələri mərhələli şəkildə ictimaiyyətə təqdim olunub.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı xəbər aparıcısı Ela Rümeysa Cebecinin narkotik testi müsbət çıxıb. O, narkotik maddə satıcısı olmadığını, yalnız istifadəçi olduğunu etiraf edib.
Araşdırma çərçivəsində müğənni Aleyna Tilki, aktrisalar – İrem Sak, Ezgi Eyüboğlu, Melisa Döngel, sosial media fenomeni Danla Biliç, eləcə də Mümine Sena Yıldız Məhkəmə Tibbi Ekspertizası İnstitutuna qan və saç nümunələri təqdim ediblər.
Açıqlanan nəticələrə görə, aktirisa Ezgi Eyüboğlu və Melisa Döngel, o cümlədən sosial media fenomeni Mümine Sena Yıldızın testlərində kokain aşkar edilib.
Digər müsbət nəticə verənlər arasında iş adamı Kasım Gaipoğlunun sürücüsü İsmail Ahmet Akçay, brend məsləhətçiləri Yiğit Macit və Mehmet Ali Gül, model Gizem Türedi və kikboksçu Recep Men də var. Onların saç nümunələrində də kokain tapılıb.
Testi mənfi çıxanlar sırasında menecer Eser Küçükerol, sosial media fenomeni Danla Biliç (Neslihan Damla Aktepe), Saim Macit və aktrisa İrem Sak yer alır.
Qeyd edək ki, qan və saç nümunələri təqdim edənlərdən sosial media fenomeni Şeyma Subaşı və müğənni Aleyna Tilkinin test nəticələri hələlik açıqlanmayıb. İstintaq davam edir və yeni açıqlamaların veriləcəyi gözlənilir.
Gülbəniz Səfərova






