media-inshot_20251205_125913511

Türkiyədə futbol sahəsində aparılan genişmiqyaslı əməliyyat çərçivəsində 46 nəfər saxlanılıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, saxlanılanlar arasında “Adana Dəmirspor”un keçmiş prezidenti Murat Sancak, futbol şərhçisi Ahmet Çakar, “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş və “Qalatasaray”ın futbolçusu Metehan Baltacı da var.

Saxlanılanlar arasında həmçinin keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar, Adana Dəmirspor İdman Klubunun keçmiş prezidenti Murat Sancak, Ankaraspor klubunun sahibi Əhməd Okatan, Ankaraspor klubunun prezidenti Mehmet Emin Katipoğlu, Nazilli Belediyespor prezidenti Şahin Kaya, hakim Zorbay Küçük və digər futbolçular yer alır.

Onların saxlanılmasına səbəb İstanbul Respublika Prokurorluğunun futbol mərc oyunları ilə bağlı genişmiqyaslı araşdırmalara başlamasıdır.

İstintaq çərçivəsində klub rəhbərləri və futbolçular da daxil olmaqla 46 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılanların 27-si futbolçudur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər