Türkiyədə Roma dövrünə aid daş tabutu satmaq istəyən şəxs saxlanılıb
Türkiyənin Amasya şəhərində jandarma tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Roma dövrünə aid tarixi tabut ələ keçirilib.
Patrulaz.az “TRT Haber”ə istinadən xəbər verir ki, Amasya İl Jandarma Komandirliyi KOM şöbəsinin 4 ay davam edən istintaqı nəticəsində N.A. adlı şəxs tarixi əşyanı satmaq istəyərkən saxlanılıb. Şəxsin evinə və avtomobilinə baxış zamanı üzəri fiqurlarla bəzədilmiş sarkofaq tapılıb.
Tarixi əşya 2863 saylı Mədəniyyət və Təbii Sərvətlərin Mühafizəsi Qanununa əsasən Amasya Muzey Müdirliyinə təhvil verilib.
Mütəxəssislər tabutun Roma dövrünə aid olduğunu və yüksək tarixi dəyərə malik olduğunu bildiriblər.
Qeyd edək ki, şübhəli şəxs barəsində hüquqi tədbirlər görülüb və barəsində cinayət işi başlanıb.
Gülbəniz Səfərova






