Türkiyədə saxlanılan məşhurların evindən BUNLAR TAPILDI
Türkiyənin İstanbul şəhərində İstanbul Baş Prokurorluğu tərəfindən narkotik istintaqı çərçivəsində üçüncü əməliyyat dalğasına start verilib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, saxlanılan məşhur şəxslərin evlərində aparılan axtarışlar zamanı lisenziyalı və lisenziyasız tapançalar, boş tüfənglər, müxtəlif növ patronlar, 8 ədəd narkotik həbi, kristal narkotik maddə, 5 şüşə maye narkotik, narkotik olduğu ehtimal edilən 51 patron, çoxsaylı elektron cihazlar və narkotik dəyirmanı müsadirə edilib.
Bununla yanaşı, hər birinin üstündə və altında kəsilmiş 100 dollarlıq boş kağız olan 19 ədəd saxta dollar əskinası da aşkar edilib.
Məlumat üçün bildirək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 8 nəfər “narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti”, “şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin əldə edilməsi” və “fahişəliyə təhrik etmə və asanlaşdırma” maddələri ilə saxlanılıb.
Saxlanılan məşhur şəxslər arasında aktrisa Ezgi Eyüpoğlu da var. Daha sonra saxlanılan müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic və Mümine Senna Yıldız isə dindirildikdən sonra sərbəst buraxılıblar.
Haqqında həbs qərarı çıxarılan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlünün ünvanlarında tapılmadığı bildirilib. Xaricdə olduqları müəyyən edilən Mert Vidinli, Şeyma Subaşı və Şevval Şahin barəsində də həbs qərarı verilib.
Media nümayəndələri arasında isə indiyədək narkotik istintaqı çərçivəsində saxlanılanlar sırasında – Habertürk TV-nin keçmiş baş redaktoru Mehmet Akif Ersoy, Ufuk Tetik, Ebru Gülan, Mustafa Manaz və xəbər aparıcısı Ela Rümeysa Cebeci də yer alır.
Xatırladaq ki, uzun müddətdir Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları nəticəsində aktyorlar, aktrisalar, sosial media fenomenləri, müğənnilər və teleaparıcılar saxlanılıb.
Bundan əlavə, ölkədə aparılan mərc oyunları ilə bağlı istintaq çərçivəsində də çoxsaylı məşhur futbolçular nəzarət altına alınıblar.
Qeyd edək ki, Türkiyə prokurorluğu əməliyyatları təkcə narkotik istifadəsi ilə məhdudlaşdırmayaraq, həmçinin sutenyorluq, odlu silah qanunvericiliyinin pozulması və narkotik qaçaqmalçılığı istiqamətində də genişləndirib.

Gülbəniz Səfərova






