media-9eba6f94-c052-4d2a-b7b6-5935766f1f8b

Türkiyədə yenidən zəlzələ baş verib.

Patrulaz.az “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyənin Kütahya vilayətində 2 may 2025-ci il tarixində yeraltı təkanlar qeydə alınıb, bölgədə zəlzələlər hələ də davam edir.

AFAD və Kandilli Rəsədxanasının verdiyi son məlumatlara əsasən, Kütahyada baş verən zəlzələ 4 bal gücündə olub və yerli sakinlər tərəfindən hiss olunub.

“Türkiyə ərazisində aktiv fay xətləri boyunca baş verən zəlzələləri anlıq olaraq izləyirik. Kütahyadakı təkanlar da bu strukturun bir hissəsidir”, – deyə türkiyəli seysmoloq bildirib.

Qeyd edək ki, Türkiyə tarix boyu dağıdıcı zəlzələlərlə üzləşən ölkələrdən biridir. Şimali, Şərqi və Qərbi Anadolu fay xətləri ölkənin müxtəlif bölgələrini əhatə edir və bu fay xətləri 5.5 və daha güclü zəlzələlərə səbəb ola biləcək gücdədir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər