media-a3a25c5d_7f81_3df5_b434_fd232602d19a_825_1761742949

Türkiyənin Balıkesir vilayətində 4,1 bal gücündə yenidən zəlzələ olub.

Patrulaz.az “Anadolu Agentliyi”nə əsasən xəbər verir ki, zəlzələ saat 07:18 radələrində 4,2 bal gücündə baş verib.

Məlumata görə, Sındırgı rayonunda 4,1 və 4,2 bal gücündə ardıcıl zəlzələlər qeydə alınıb.

Qeyd edək ki, yeraltı təkanların 13,58 və 12,9 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Xatırladaq ki, oktyabrın 28-də sözügedən ərazidə 6,1 bal gücündə baş verən zəlzələ təşvişə səbəb olub.


Bənzər xəbərlər