Türkiyənin bu bölgəsində güclü zəlzələ oldu
Türkiyənin Balıkəsir vilayətində güclü zəlzələ baş verib.
Patrulaz.az “Haber Global”a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Balıkəsirin Sındırgı rayonunda 3,5 bal gücündə yeraltı təkan qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ saat 19:36-da, 7 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar ətraf rayonlarda da hiss olunub.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət faktı qeydə alınmayıb. Hazırda müvafiq qurumlar ərazidə monitorinq və araşdırma işlərini davam etdirir.






