media-inshot_20251008_085608942

Türkiyənin “Leonardo Di Kapriosu” kimi tanınan, bir vaxtlar ekranların sevimli siması olmuş aktyor Arda Kuralın yeni məşğuliyyəti hər kəsi təəccübləndirib.

Patrulaz.az xəbər verir ki, psixoz diaqnozu qoyulduqdan sonra uzun müddət səhhətində problemlər yaşayan Kural diqqət mərkəzindən uzaq qalmağa üstünlük verərək ekranlardan uzaqlaşıb.

Aktyorluğu heç sevmədiyini bildirən Kural televiziya verilişlərinin birində mədənçiliklə maraqlandığını açıqlayıb:

“Qiymətli daşları, dəyərsiz daşları, metalları öyrəndiyim otağım və emalatxanam var. Mən mədənçilik haqqında düşünürəm. Qızıl alveri, almaz alveri kimi…”,- deyə Arda bildirib.

Qeyd edək ki, Arda Kural 2005–2008-ci illərdə yayımlanan “Emret Komutanım” serialında canlandırdığı Ferit Tekin obrazı ilə adını televiziya dünyasına qızıl hərflərlə yazdırıb. Uğurlu aktyorluğu ilə yanaşı, cəlbedici görünüşü və məşhur aktyor Leonardo DiCaprioya bənzərliyi sayəsində “yerli Leonardo DiCaprio” kimi tanınmış və geniş pərəstişkar kütləsi qazanmışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər