media-inshot_20250826_084417911

Məşhur müğənni İrem Derici qəfildən səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, sənətçi xəstəxana otağından pərəstişkarlarına video göndərərək vəziyyəti barədə məlumat verib. O, hazırda antibiotik və vitamin qəbul etdiyini bildirib.

“İndi antibiotik vurublar. Sonra vitamin verəcəklər. Boğazım da, qulağım da xəstədir. Mən gələndə qızdırmam 38,9 idi”, – deyə İrem Derici açıqlamasında qeyd edib.

Xatırladaq ki, bu səhər “Gel Konuşalım” proqramında qonaq olması planlaşdırılan müğənni qəfil səhhətində yaranan problem səbəbindən canlı yayıma qoşula bilməyib.


Bənzər xəbərlər